EUR USD RUB

Yeniliklər

“Sony PlayStation 5” yaxın zamanlarda satışa çıxarılacaq

  • 1081 dəfə
  • Tarix 10 Mart 2018 / 11:22

“Sony PlayStation 5” oyun avadanlığı yaxın zamanlarda satışa çıxarıla bilər. 

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, bu barədə şirkətin insayderi Makrus Sellars məlumat verib. 

Onun sözlərinə görə, yeni məhsul üzərində işlər fevralın sonunda yekunlaşıb və yaxın zamanlarda avadanlıq bazara çıxarılacaq. Hazırda “Sony PlayStation 5” nümunələri oyun tərtibatçılarına göndərilir ki, yenilənmiş avadanlıq üçün oyunlar yarada bilsinlər. 

“Sony PlayStation 5”-in bazara çıxarılacağı dəqiq vaxt məlum deyil. Avadanlığın rəsmi anonsu da hələlik çıxmayıb. 

Xatırladaq ki, bundan əvvəl “Sony” şirkəti özünün operativ taksi çağırma sistemini yaradacağı planları barədə açıqlama verib. 

SİZİN REKLAM BURADA