EUR USD RUB

Yeniliklər

“Bakcell” daha bir universitetdə əmək yarmarkasına qatılıb - FOTOSESSİYA

  • 870 dəfə
  • Tarix 12 Mart 2018 / 15:55

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib.

 

İKT.lent.az-ın xəbərinə görə, özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən "Bakcell" şirkəti Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını  diqqət mərkəzində saxlayır.

 

Bu fəaliyyətin davamı olaraq "Bakcell" mart ayının 10-da Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib. Müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkətin iştirak etdiyi əmək yarmarkasında universitetin tələbə və məzunlarına "Bakcell" şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Həmçinin, gənclər Bakcell şirkətinin  öz müştərilərinə və xidmətlərinə  innovativ yanaşma üsulları barədə geniş məlumatla tanış olublar. Karyera sərgisindəki Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Qeyd etmək lazımdır ki, "Bakcell" və Qərbi Kaspi Universiteti arasında 14 dekabr 2017-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.

 

"Bakcell" şirkətinin  gənclərin  təhsil almasına və karyera  qurmasına dəstək göstərir və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verir.

SİZİN REKLAM BURADA