EUR USD RUB

Redaktorun seçimi

Kiçik Tramp gülüş obyektinə çevrildi - FOTO

  • 1286 dəfə
  • Tarix 13 Mart 2018 / 14:34

Prezident Donald Trampın eyni adlı oğlunun Pensilvaniyadakı qənnadı fabrikində çəkilmiş fotosu sosial şəbəkədə gülüş və lağ obyektinə çevrilib.

 

İKT.lent.az-ın xəbərinə görə, iş adamı kiçik Trampın fotosu elə rakursdan çəkilib ki, sanki nəhəng şokolad dovşan ondan müsahibə götürür. Əslində isə D. Tramp “Pittsburgh Post-Gazette” nəşrinin jurnalisti ilə danışır. Lakin kadrda jurnalist düşməyib.

 

Fotonun müəllifi Endryu Raş kadrı özünün “Twitter” səhifəsində yerləşdirib. “Qənnadı fabrikində kampaniya aparmaq məhz buna görə təhlükəlidir”, - deyə o, yazıb.

 

Foto amerikalı sosial şəbəkə istifadəçiləri arasında populyar olub. Onlar fotoya komik şərhlər yazıblar. Məzəli şərhlərdən bəzilərini diqqətinizə çatdırırıq:  

 

- “Başımı dişləmə, mən sadəcə sual verirəm”;

 

- “Kiçik Trampdan müsahibə alan şokolad dovşan Trampın prezidentliyi dövründə baş vermiş ən normal olaydır”;

 

- “Feyk xəbərlər dərc edən şokolad dovşan media elitası”;

 

- “Şokolad dovşan kiçik Donnidən daha ağıllıdır”;

 

- “Fotoya görə Endryu Raş Pulitser mükafatı alacaq”...

 

Donald Tramp özü də fotoya yumarla yanaşıb. “Şokolad dovşan müsahibəyə böyük əmək sərf etdi və daha sonra çox dadlı oldu”, - deyə o, yazıb.

SİZİN REKLAM BURADA