EUR USD RUB

Mobil

Naqilsiz enerji ilə doldurulma “iPhone X”un batareyasını öldürür

  • 922 dəfə
  • Tarix 13 Mart 2018 / 18:04

Yeni “iPhone X” və “iPhone 8” üçün olan naqilsiz enerji doldurulma smartfonun batareyasının istifadə müddətinin bitməsini sürətləndirir.

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, belə bir nəticəyə “ZDNet” nəşrinin müəllifi Edrian Kinqsli-Hyuz gəlib.

 

O müşahidə edib ki, yarım il naqilsiz istifadədən sonra onun telefonu enerji ilə doldurulmanın 135 tam siklini ötüb və artıq cihazı mütəmadi olaraq doldurmağa ehtiyac yaranıb.

Kinqli-Hyuz hesablayıb ki, belə bir templə batareya 20 ay ərzində tam olaraq gücdən düşür. Ancaq kabellə enerji ilə doldurulan batareyanın minimal istifadə müddəti 3 il təşkil edir. 

Bununla belə, ancaq kabel vasitəsilə enerji ilə doldurulan əvvəlki “iPhone 6 Plus” modelinin akkumulyatoru hətta 800 sikldən sonra enerjini 80 faiz saxlayırdı. 

Xatırladaq ki, “iPhone X” və “iPhone 8” modelləri ötən ilin sentyabr ayında satışa çıxarılıb. Satışlardan bir neçə ay sonra “Apple”in flaqman cihazı dəyərinin təxminən dörddə birini itirib. Bu gün bu smartfonu 1 820 manata əldə etmək mümkündür. 

SİZİN REKLAM BURADA