EUR USD RUB

Redaktorun seçimi

Dahi fizik vəfat etdi - Həkimlər 55 il əvvəl 2 il ömür biçmişdi... - VİDEO

  • 1990 dəfə
  • Tarix 14 Mart 2018 / 10:27

Dünya şöhrətli ingiltərəli fizik Stiven Hokinq bu gün səhər 77 yaşında vəfat edib.

 

İKT.lent.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə onun övladları açıqlama yayıblar. “Biz bu gün sevimli atamızın vəfatından dərin kədər hissi keçiririk. O, böyük alim və qeyri-adi insan idi. Onun işi və irsi uzun illər yaşayacaq”, - deyə mərhumun övladları Robert, Tim və Lüsi tərəfindən yayılan birgə açıqlamada bildirilir.

 

Stiven Hokinq 1942-ci il yanvarın 8-də Oksfordda doğulub. 1962-ci ildə fizika-riyaziyyat üzrə bakalavr dərəcəsi ilə Oksford Universitetini bitirib, 4 il sonra – 24 yaşında isə Kembric Universitetinin Triniti-holl kollecində fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1963-cü ildə Hokinqə sağalmaz xəstəlik – yan amiotrofik skleroz diaqnozu qoyulub. Həkimlər onun 2 ildən çox yaşamayacağını bildirmişdilər. 1965-ci ildə Hokinq elmi fəaliyyətlə məşğul olmağa başlayıb, 1970-ci illərdə Nəzəri Astronomiya İnstitutu və Astronomiya İnstitutunda çalışıb və qravitasiya nəzəriyyəsindən dərs deyib. 1979-cu ildə Kembric Universitetinin professoru akademik vəzifəsinə təyin olunub.

  

S. Hokinq kvant kosmologiyasının banilərindən biridir. O, bəşəriyyətin Böyük Partlayış nəticəsində yaranması nəzəriyyəsini öyrənirdi və “qara dəlik” nəzəriyyəsi sahəsində bir çox kəşfə imza atıb. 1998-ci ildə alim “Zamanın qısa tarixi” adlı elmi-populyar kitab nəşr edib. Bu kitabın dünya miqyasında 10 milyondan çox nüsxəsi satılıb.  

 

SİZİN REKLAM BURADA