EUR USD RUB

Yeniliklər

“Google” kriptovalyuta reklamına qadağa qoyur

  • 490 dəfə
  • Tarix 14 Mart 2018 / 11:55

İyun ayından etibarən “Google” axtarış sistemində kriptovalyita və binar opsionların reklamı qadağan ediləcək.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, “Google”un aid olduğu “Alphabet Holding” bu qərarı yüksək risk səviyyəli yeni maliyyə məhsullarının satışı ilə mübarizədə daha geniş tədbirlərin görülməsi zərurəti ilə əsaslandırıb. “Facebook” sosial şəbəkəsi də yanvar ayını sonunda kriptovalyuta reklamlarını qadağan edib.

 

“Bloomberg” qeyd edir ki, qadağa “Google”un gəlirlərinə ciddi təsir etməyəcək.  

 

Qeyd edək ki, binar opsion (və ya rəqəmli opsion) “ya hər şey, ya heç nə” formuluna əsaslanan və nəzərdə tutulan müddətdə ya gəlir gətirən, ya da heç nə qazandırmayan opsiondur. 

SİZİN REKLAM BURADA