EUR USD RUB

Yeniliklər

"Apple" yeni "iPhone"un təqdimat mərasiminin vaxtını açıqladı

  • 587 dəfə
  • Tarix 14 Mart 2018 / 12:37

"Apple" şirkəti "iPhone" smartfonunun növbəti təqdimat mərasiminin vaxtını açıqlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, şirkət martda keçirilməli olan WWDC 2018 sərgisini iyun ayına qədər təxirə salıb.

 

"Alma şirkəti"nin növbəti yenilikləri, o cümlədən "iPhone SE" iyunun 4-dən 8-dək keçiriləcək sərgidə təqdim olunacaq.

 

Sərgi çərçivəsində "Apple" nümayəndələri bütün tərtibatçılar üçün master-klass keçirmək və onlara yeni funksional imkanlardan daha yaxşı istifadə etməyi öyrətmək niyyətindədirlər.

 

Sərgidə iştirak etmək istəyənlər martın 22-dən etibarən qeydiyyatdan keçə bilərlər.

SİZİN REKLAM BURADA