20.04.2018
18:35 İctimai Wi-Fi ilə “iPhone”dan şəxsi məlumatlar oğurlana bilər19.04.2018
16:21 “Windows” üçün ən yaxşı 10 antivirus - TOP-1018.04.2018
18:56 İranın dövlət idarələrində "Whatsapp" və "Messenger" qadağan edildi - VİDEO17.04.2018
18:28 Durov proksi və VPN xidmətlərinə milyonlar vəd etdi16.04.2018
18:29 ABŞ-dan Çinin ZTE şirkətinə sanksiya14.04.2018
16:48 "Xiaomi" "GoPro"-nu ala bilər13.04.2018
16:46 Dünyanın ilk çərçivəsiz noutbuku gəlir12.04.2018
17:33 “Google” televizor üçün yeni cihaz yaratdı11.04.2018
18:54 Amerikalı yeniyetmələrin 82 faizi “iPhone” istəyir10.04.2018
17:55 “YouTube”a haker hücumu - "Despacito" silindi09.04.2018
18:49 Mask vakuum qatarı üçün tunelin ilk sınağına hazırlaşır07.04.2018
11:21 İtirilmiş çamadanları tapan cihaz yaradıldı06.04.2018
17:16 “Roskomnadzor” “Telegram”ı məhkəmə verdi - MESSENCER BAĞLANA BİLƏR05.04.2018
16:42 “Huawei” bu il 200 milyon smartfon satmaq istəyirÇeçenistan rəhbəri Ramzan Kadırov "Telegram" messencerinin bağlanmasına qarşı çıxıb.
İKT.lent.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
"Mən hər zaman hökumətin bütün meydançalarda açıq və birbaşa dialoqunun tərəfdarı olmuşam. Ona görə mənim bütün sosial şəbəkələrdə akkauntlarım var. Hamı bilir ki, mən aktiv "Telegram" istifadəçisiyəm və həm şəxsi, həm də işlə bağlı məsələlərdə messencerdən istifadə edirəm" - deyə o qeyd edib.
"Telegram"ın bağlanmasının əleyhinə olduğunu yazan Kadırov "Roskomnadzor" və messencer rəhbərliyi arasında qanunvericiliyə və istifadəçilərin maraqlarına uyğun kompromisin tapılacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti (“Roskomnadzor”) “Telegram” şirkətinə qarşı iddia qaldırıb. Buna səbəb şirkətin istifadəçi mesajlarını şifrələməsi üzrə açarlarla bağlı göstərilən müddət ərzində cavab verməməsidir.
Xatırladaq ki, 2017-ci ilin iyulunda Rusiya Federal Təhlükəsizlik Xidməti “Telegram”dan istifadəçilərin məlumatlarının şifrələnməsi üçün açarları təqdim etməyi tələb edib. “Telegram” rəhbərliyi bu tələbi texniki olaraq mümkünsüz adlandırıb və ona bir neçə instansiyada etiraz etməyə çalışıb. Ancaq bütün bunlar uğursuz olub. Bu il martın 20-də şirkətin iddiası Rusiya Ali Məhkəməsi tərəfindən rədd edilib.
“Roskomnadzor” messencerə təhlükəsizlik orqanlarına şifrələlənmə açarlarını təqdim etmək üçün 15 sutka vaxt verib. Bu müddət aprelin 4-də başa çatıb.