EUR USD RUB

Redaktorun seçimi

Stiv Voznyak “Facebook”dan getdi

  • 622 dəfə
  • Tarix 10 Aprel 2018 / 12:33

“Apple”ın həmtəsisçisi Stiv Voznyak istifadəçi məlumatlarının qorunmasına diqqətsiz yanaşdığı üçün “Facebook”dan gedib.

 

İKT.lent.az-ın “USA Today”ə istinadən verdiyi xəbərə görə, S. Voznyak sosial şəbəkəni tənqid edib: “İstifadəçilər öz şəxsi həyatlarının bütün detallarını “Facebook”a bildirirlər və şirkətin bütün gəliri bu informasiyalara əsaslanır. İstifadəçilər özləri isə bu gəlirdən heç nə əldə etmir”.   

 

S. Voznyakın fikrincə, insanların reklamçılar üçün öz şəxsi məlumatlarını təqdim etməsindənsə, sosial şəbəkədən istifadəyə görə pul ödəməsi daha yaxşıdır. O qeyd edib ki, “Apple” keyfiyyətli məhsullar buraxaraq pul qazanır, “Facebook” üçün isə istifadəçilər elə məhsul deməkdir.    

 

Xatırladaq ki, milyonlarla “Facebook” istifadəçisinin şəxsi məlumatlarının sızması ilə əlaqədar bir çox istifadəçi sosial şəbəkəni boykot edib.  

SİZİN REKLAM BURADA