EUR USD RUB

Mobil

“Samsung” bu il açılıb-bağlanan smartfonunu təqdim edəcək

  • 757 dəfə
  • Tarix 10 Aprel 2018 / 16:34

Cənubi Koreyanın elektronika istehsalçısı “Samsung” bu il ilk açılıb-bağlanan smartfonunu təqdim etməyi planlaşdırır. 

İKT.lent.az-ın Runews24.ru saytına istinadən məlumatına görə, bu barədə sahə saytları xəbər verir. 

Onların məlumatına görə, hazırda “Samsung”un açılıb bağlanan smartfonu, demək olar, hazırdır. Bu gün onun işlənilməsi aparılır. Mütəxəssislər işlərini tam bitirdikdən sonra smartfon işıq üzü görəcək. Qeyri-rəsmi məlumatlara əsasən, bu, 2018-ci ilin sonunda baş tutacaq. 

Mütəxəssislər proqnozlaşdırırlar ki, açılıb bağlanan smartfonlar yaxın zamanlarda bazarda adi cihazları sıxışdırıb çıxaracaq. Belə bir təxmini söyləməyə səbəb odur ki, dəfələrlə KİV-ə “Apple”, “Huawei”, “Lenovo” və ZTE kimi iri mobil texnika istehsalçılarının patentləri haqqında məlumatları sızdırıb. 

SİZİN REKLAM BURADA