EUR 1.9801 USD 1.7 RUB 0.027

Yeniliklər

“Mail.Ru Group” dərman axtarışı və sifarişi üçün onlayn xidmət yaratdı

  • 853 dəfə
  • Tarix 10 Aprel 2018 / 17:21

“Mail.Ru Group” “Vse apteki” adlanan dərman axtarışı və sifarişi üzrə onlayn xidməti işə salıb. 

İKT.lent.az-ın Finam.ru saytına istinadən məlumatına görə, bu barədə internet texnologiyası şirkəti məlumat verib. 

Xidmət dərman, vitamin, həblər, tibbi alətlər və cihazlar sifariş verməyə imkan verir. Bundan başqa, gigiyena vasitələri, kosmetika, analar və körpələr üçün məhsullar, dietik qida, pamperslər və digər məhsulları da bu onlayn xidmət vasitəsilə sifariş etmək mümkün olacaq. 

Tərtibatçı qeyd edir ki, bu sifarişləri ən yaxşı qiymətlə ən yaxın əczaxanadan əldə etmək olacaq. Şirkətin planlarında iOS və “Android” üçün mobil tətbiqin yaradılması da var. 

SİZİN REKLAM BURADA