EUR USD RUB

Mobil

Amerikalı yeniyetmələrin 82 faizi “iPhone” istəyir

  • 729 dəfə
  • Tarix 11 Aprel 2018 / 18:54

“Piper Jaffray” şirkəti ABŞ-ın 40 ştatında 16 yaşlı amerikalı yeniyetmələr arasında sorğu keçirib. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, sorğu “iPhone” smartfonlarının “Android” bazalı smartfonlar üzərində üstün olduğunu göstərib. 
 
Amerikalı yeniyetmələrin 82 faizi “Android” və digər əməliyyat sistemləri ilə işləyən “iPhone” smartfonlarına üstünlük verirlər. Bu, belə sorğuların keçirildiyi müddət ərzində ən böyük yüksək nəticədir. 2017-ci ilin payızında “Apple” şirkətlərinin istehsalı olan smartfonlara yeniyetmələrin 75 faizi səs veriblər. 
 
Ancaq bu hələ son deyil: Rəyi soruşulanların 94 faizi bildirib ki, özlərinin yeni smartfonu qismində də “iPhone” smartfonunu görürlər. 
 
Bundan başqa, sorğuda iştirak edənlərin 20 faizi növbəti 6 ay ərzində “Apple Watch” “ağıllı” saatlarını əldə etmək istədiklərini bildiriblər. “Apple Watch”dan daha çox ABŞ-ın yeni nəsli “Rolex” saatlarını əldə etmək istəyir.

SİZİN REKLAM BURADA