EUR USD RUB

Proqramlar

“Instagram”da iki yeni funksiya

  • 566 dəfə
  • Tarix 12 Aprel 2018 / 11:33

Sosial şəbəkə elementlərinə malik şəkil və video yazı mübadiləsi üçün nəzərdə tutulmuş tətbiq olan “İnstagram”da portret rejimi funksiyası yaradılıb. 

 
İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, artıq portret effektini hətta adi tək kameralı telefondan edilən şəkillə də nail olmaq mümkündür. 

 
Bu funksiya “Fokus” adlanır. Belə ki, portret rejimində insanın sifəti fokusda qalır, fon özü isə yayılır. Bundan başqa, “Instagram”da xatırlatma stikerləri də əlavə edilib. 

 
Qeyd etmək lazımdır ki, yeni funksiyalar hələlik “Apple” şirkətinin “iPhone SE” və “iPhone 6S” modellərindən başlayan smartfonlarında işləyir. “Android” əməliyyat sisteminin istifadəçilərinin isə portret rejimindən nə vaxt istifadə edə biləcəkləri məlum deyil. 

SİZİN REKLAM BURADA