EUR 1.9801 USD 1.7 RUB 0.027

Yeniliklər

Gülən donuzun şəkli interneti partlatdı

  • 2108 dəfə
  • Tarix 12 Aprel 2018 / 14:45

Çinin Cənubundakı Quansi-Çjuan muxtar rayonundan olan donuz balası şəbəkənin yeni ulduzu olub. 

İKT.lent.az-ın “Sinhua” agentliyinə istinadən məlumatına görə, diri heyvanın gülüşü internet istifadəçilərini təəccübləndirib.

 

Regiondakı daşqınlar zamanı donuz balasını könüllülər xilas ediblər. Bu zaman o, könüllüləri öz gülüşü və pozitiv əhval-ruhiyyəsi ilə sevindirib.
 
“Ümid edirəm ki, xilas edildikdən sonra o, kolbasaya çevrilməyəcək”, - deyə internet istifadəçiləri bildirirlər. Belə bir şərhin yazılmasına səbəb Böyük Britaniyada baş verən hadisə olub. Belə ki, orada xilasedicilər xilas etdikləri donuzun ətindən kolbasadan yeyirdilər. 
 
Bu həftənin bazar ertəsinə olan məlumata görə, gülən donuzun şəkilini 4 min dəfə bölüşüblər və onun altında 4 min şərh yazıblar. İstifadəçilər xilas edilmiş heyvanı öz evlərində məskunlaşdırmaq istəklərini də bildiriblər. 

SİZİN REKLAM BURADA