EUR 1.9801 USD 1.7 RUB 0.027

Proqramlar

“WhatsApp”ın oxşarı çıxdı - TƏHLÜKƏ

  • 1708 dəfə
  • Tarix 12 Aprel 2018 / 16:35

“Android” smartfonların sahibləri zərərverici proqramın hücumuna məruz qalıb. 

İKT.lent.az-ın “Malwarebytes Labs” nəşrinə istinadən məlumatına görə, o, “WhatsApp”ın alternativi adı altında maskalanır və istifadəçilərin şəxsi məlumatlarını oğurlayır. 

Yalançı proqram özünü “WhatsApp Plus” kimi qələmə verir və sosial şəbəkələrdə yayılır. O, cihaza müəyyən keçid vasitəsilə keçdikdən sonra yüklənir, yükləndikdən sonra messencer adı altında əlavə tətbiqləri yükləməyi məsləhət görür. 

Mütəxəssislərin məlumatına görə, bu zərərverici tətbiqdir. O, istifadəçilərin şəxsi məlumatlarını toplayır və onları üçüncü şəxslərə ötürür. Bunun üçün də istifadəçilər öz “Android” cihazlarında “WhatsApp”ın oxşarını aşkar etdikdə, onu dərhal silməlidirlər. 

SİZİN REKLAM BURADA