EUR USD RUB

Video

Rəqs edən robotlardan yeni dünya rekordu - VİDEO

  • 1064 dəfə
  • Tarix 12 Aprel 2018 / 17:01

İtaliyada “Ubtech robotics” şirkətinin mühəndisləri kreativ flaşmobun köməyi ilə özlərinin “Ubtech Alpha 1S” adlanan yeni “Android”inin imkanlarını təqdim ediblər. 

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, 1372 nüsxədə olan sinxron rəqs edən robotlar yeni dünya rekorduna imza atıblar. 

Bundan əvvəl də şirkətin tərtibatçıları bir sıra funksiyaları həyata keçirə bilən, məsələn, tullanmaq, futbol oynamaq, fiziki məşğələlərlə məşğul olmağı bacaran, hətta yoqanın bir çox çətin fənlərini edə bilən özlərinin “Alpha 1 Pro” robotu ilə dünyanı heyrətləndiriblər. İndi “Ubtech Alpha 1S” nümayəndələri rəqs etməyi, sinxron olaraq xoreoqrafik hərəkətləri həyata keçirə bildiklərini nümayiş etdiriblər. 
 
Ginnesin Rekordlar Kitabından dəvət edilmiş nümayəndələr olduqca ciddi və qərəzsiz olublar. Jüri üzvləri qeyd ediblər ki, bəzi “Android”lər ritmdən çıxıblar. Bunun üçün də onları iştirakçılar siyahısına salmayıblar. Bununla belə, rekord göstəricilər qeydə alınıb. Hakimləri nəinki robotların sayı, həmçinin onların texno musiqisi sədaları altında rəqs plastikası, təbiiliyi təsirləndirib.

 

 

SİZİN REKLAM BURADA