EUR USD RUB

Redaktorun seçimi

Avropa Parlamenti də Zukerberqi ifadə verməyə çağırır

  • 720 dəfə
  • Tarix 13 Aprel 2018 / 12:01

Avropa Parlamenti “Facebook”un yaradıcısı və rəhbəri Mark Zukerberqi qurumda ifadə verməyə dəvət etmək niyyətindədir.

 

İKT.lent.az-ın “The Washington Post”a istinadən verdiyi məlumata görə, bunu Avropa Parlamentinin sədri Antonio Tayani deyib. O, M. Zukerberqi sosial şəbəkədə konfidensiallıqla bağlı ciddi narahatlıqla əlaqədar ifadə verməyə çağırmağa hazırlaşır.

 

“Məlumatların gizliliyinin qorunmasına dair Avropa Birliyinin sərt standartlarına riayət olunması məsələsində ciddi narahatlıq qalır. Biz əminik ki, cənab Zukerberq bizim suallarımızı da cavablandırmağa hazır olacaq və göstərəcək ki, Avropa vətəndaşları qarşısında məsuliyyətinə də sadiqdir”, - deyə Tayani söyləyib.

 

Hələlik “Facebook” gözlənilən dəvətə reaksiya verməyib.

 

Xatırladaq ki, M. Zukerberq aprelin 11-də ABŞ Konqresində 5 saat ifadə verib.

SİZİN REKLAM BURADA