EUR 1.9801 USD 1.7 RUB 0.027

Redaktorun seçimi

“Telegram” Rusiyada bloklandı

  • 1012 dəfə
  • Tarix 13 Aprel 2018 / 13:15

Moskva şəhər Taqansk rayon Məhkəməsinin qərarı ilə “Telegram” messenceri Rusiya Federasiyası ərazisində bloklanıb.

 

İKT.lent.az-ın “gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarı dərhal qüvvəyə minib. Messencer öz şifrələrini Federal Təhlükəsizlik Xidmətinin (FSB) tələbi əsasında bu quruma verməyə razılaşana qədər qərar qüvvədə qalacaq.

 

“Telegram” qərardan apellyasiya vermək hüququna malikdir. Lakin şirkətin vəkilləri məhkəmə iclasına qatılmayıblar. “Telegram”ın yaradıcısı Pavel Durov “Roskomnadzor”un iddiası əsasında keçirilən prosesdə iştirak etməyəcəklərini bildirib. O, öz vəkillərini göndərərək “açıq fars” adlandırdığı prosesi legitimləşdirməyəcəyini söyləyib.

 

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti istifadəçi yazışmalarına çıxış əldə etmək üçün “Telegram”dan müvafiq şifrələri istəyib. Lakin messencer bunu rədd edib.

SİZİN REKLAM BURADA