EUR 1.9801 USD 1.7 RUB 0.027

Mobil

Qırmızı “iPhone X” belə olacaq - FOTO

  • 1510 dəfə
  • Tarix 13 Aprel 2018 / 14:07

“Apple” şirkəti xeyriyyə aksiyası çərçivəsində qırmızı rəngli premium “iPhone 8” və “8 Plus” smartfonlarının satışlarına başlayıb. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, dizaynerlərin biri yaratdığı “iPhone X”-in renderlərini nümayiş etdirib. Bununla da o, qırmızı çalarlı flaqmanın necə ola biləcəyini göstərib. 

Belə ki, “Concept Creator” adlı istifadəçi internetə “Apple” telefonunun görüntülərini yükləyib. Yerləşdirilən şəkillərdə o, cihazın açıq qırmızı rəngli korpusda olan konseptini qeyd edib.

Bir çox internet istifadəçiləri şəkli görən kimi bildiriblər ki, bu gözəl ixtiradır, bu model klassik ağ və qara rənglilərdən daha yaraşıqlıdır. Onlar yazıblar ki, özləri hətta açıq çalarsız da cəlbedici olan bu cihazı böyük məmnuniyyətlə alardılar.  

Dizayner “iPhone”un dinamiklərinin qəfəslərini də qırmızı rəngdə boyayıb və onları korpusun tonunda formalaşdırıb.

 

Qeyd edək ki, “Apple” şirkəti qırmızı rəngli telefonlardan əldə edilən gəlirləri immun çatışmazlığı virusu (HİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə mübarizə fondlarının hesablarına köçürəcək.  

SİZİN REKLAM BURADA