EUR USD RUB

Yeniliklər

Dünyanın ilk çərçivəsiz noutbuku gəlir

  • 1360 dəfə
  • Tarix 13 Aprel 2018 / 16:46

"Huawei" şirkəti aprelin 19-da iki yeniliyini təqdim edəcək.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, onlardan biri "Honor 10" smartfonu, digəri isə dünyanın ilk çərçivəsiz noutbuku olan "Honor MagicBook"dur.

 

Hazırda noutbukun texniki göstəriciləri barədə heç nə məlum olmasa da, istifadəçilər tərəfindən çox maraqla qarşılanacağı gözlənilir. "Honor 10" smartfonu isə 5,8 düymlük 2160x1080 ölçüyədək genişlənə bilən müasir displey və "Kirin 970" çipi ilə təchiz ediləcək. Smartfonun əsas yaddaşı 256 Gb, əməliyyat yaddaşı isə 6 Gb olacaq.

SİZİN REKLAM BURADA