EUR 1.9801 USD 1.7 RUB 0.027

Yeniliklər

“Apple” KİV-ə informasiya sızdıran əməkdaşlarını cəzalandıracaq

  • 987 dəfə
  • Tarix 14 Aprel 2018 / 13:17

“Apple” şirkəti məxfi informasiyaları KİV-ə sızdıran əməkdaşlarını ciddi cəzalandırmaq qərarına gəlib.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, bundan sonra istənilən informasiya sızıntısı işdən çıxarılma ilə cəzalandırılacaq.

 

Ötən il KİV-ə məlumat ötürən 29 “Apple” əməkdaşı ifşa edilib. Onlardan 17-si işdən qovulub, 12-si ilə hüquq-mühafizə orqanlarının əməkdaşları məşğuldur.

 

Şirkətdən bildiriblər ki, gələcək layihələr barədə istənilən informasiya sızıntısı təqdimat mərasimindən sonra məhsulun qiymətinin aşağı düşməsi ilə nəticələnir. Buna misal olaraq "Apple Watch" və "iPhone X"-lə bağlı baş verənlər göstərilir. Üstəlik, bu faktor rəqib şirkətlərin də işinə yarayır.

SİZİN REKLAM BURADA