EUR 1.9801 USD 1.7 RUB 0.027

Redaktorun seçimi

Rusiyalı deputat “iPad”ını tapdaladı - VİDEO

  • 1057 dəfə
  • Tarix 16 Aprel 2018 / 11:33

Rusiyanın Yaroslavl şəhər bələdiyyəsinin üzvü Dmitri Petrovski ABŞ-a etiraz əlaməti olaraq “iPad” planşetini tapdalayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, D. Petrovski bu barədə öz “Facebook” səhifəsində video yerləşdirərək yazıb: “Bəs sən öz “Ayfon”unu, yaxud “Aypad”ını tapdaladınmı?”

 

Hakim “Yedinaya Rossiya” Partiyasının üzvü olan D. Petrovski qeyd edib ki, Rusiya ABŞ sanksiyalarına cavab olaraq bu ölkə istehsalı olan mallara qadağa qoymağa hazırlaşır və o, deputat kimi bu sahədə nümunə olmalıdır. D. Petrovski bundan sonra Çin istehsalı olan telefon və planşetlərdən istifadə edəcəyini söyləyib.

 

Deputat “Apple” məhsullarına rəğbəti ilə tanınan baş nazir Dmitri Medvedevi də eyni addımı atmağa çağırıb.   

SİZİN REKLAM BURADA