EUR USD RUB

Redaktorun seçimi

Elon Mask: “Döşəmədə yatırdım”

  • 720 dəfə
  • Tarix 16 Aprel 2018 / 15:57

“Tesla” şirkətlərinin rəhbəri Elon Mask son bir neçə ayda dəfələrlə müəssisənin döşəməsində yatdığını bildirib.

 

İKT.lent.az-ın xəbərinə görə, E. Mask deyib ki, “Tesla Model 3”ün istehsalı ondan problemlərin yerində həlli üçün şəxsən zavodda qalmağı tələb edib. O qeyd edib ki, istehsalı şəxsi nəzarətə götürdüyü zaman əvvəlcə müəssisənin konfrans zalında nazik, narahat divanda, sonra isə döşəmədə yatıb.

 

E. Maskın sözlərinə görə, proses mürəkkəb, stres və ağrı dolu idi: “Mənim evə gedib duş almağa, paltarımı dəyişməyə vaxtım yox idi. Hesab etmirəm ki, insanlar ağır şəkildə işləyirsə, rəhbəri məzuniyyətə gedə bilər”.  

 

İş adamı deyib ki, üçüncü modelin istehsalında gecikmələrə baxmayaraq, o və komandası hər alıcının sifarişini çatdırmalıdır. Lakin buna planlaşdırıldığından yarım il daha çox vaxt gedə bilər.

SİZİN REKLAM BURADA