EUR USD RUB

Redaktorun seçimi

ABŞ-dan Çinin ZTE şirkətinə sanksiya

  • 662 dəfə
  • Tarix 16 Aprel 2018 / 18:29

ABŞ Ticarət Nazirliyi Çinin ZTE şirkətini ABŞ bazarındakı imtiyazlardan məhrum edib.

 

İKT.lent.az-ın xəbərinə görə, ZTE öz məhsullarını ABŞ bazarında reallaşdırmaqla bağlı malik olduğu imtiyazlı hüquqları itirib. Səbəb şirkətin dəfələrlə yalan məlumat verməsidir.

 

“Ticarət naziri Uilbur Ross bu gün elan edib ki, nazirliyin Sənaye və Təhlükəsizlik Bürosu “ZTE Corporation” və “ZTE Kangxun” şirkətlərini ixrac üstünlüklərindən məhrum edib”, - deyə rəsmi açıqlamada bildirilir.

 

Qeyd edək ki, ZTE dünyada telekommunikasiya avadanlığı və smartfon istehsalı üzrə iri korporasiyalardan biridir. Ötən il şirkət Barselonada dünyada 5G texnologiyalı ilk smartfonu təqdim edib.

SİZİN REKLAM BURADA