EUR 1.9801 USD 1.7 RUB 0.027

Mobil

"Asus" oyun smartfonu buraxmağa hazırlaşır

  • 727 dəfə
  • Tarix 17 Aprel 2018 / 15:15

Çinin "Asus" şirkəti oyun smartfonu buraxmaq qərarına gəlib.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, bu barədə şirkətin baş direktoru Cerri Şen Filippində keçirilən mağaza açılışı zamanı bildirib.

 

Bununla belə, direktor oyun smartfonunun texniki parametrləri barədə məlumat verməyib.

 

Ekspertlərin fikrincə, "Xiaomi", ZTE və "Razer" şirkətləri bu sahədə "Asus" kimi ciddi rəqib qazanacaqlar. Onlar proqnozlaşdırır ki, "Asus"un oyun smartfonu "qualcomm"un 8 nüvəli prosessoru, "Adreno 630" qrafik sürətləndiricisi və 8 Gb əməliyyat yaddaşı ilə təchiz ediləcək.

SİZİN REKLAM BURADA