EUR 1.9801 USD 1.7 RUB 0.027

Yeniliklər

“Netflix”in auditoriyası artdı - 125 MİLYON

  • 695 dəfə
  • Tarix 17 Aprel 2018 / 15:51

İlin əvvəlindən bəri “Netflix” striminq xidmətinin auditoriyası 7,4 milyon nəfər artaraq 125 milyon nəfəri ötüb.

 

İKT.lent.az-ın “The Hollywood Reporter”a istinadən verdiyi xəbərə görə, artım xarici bazarların hesabına əldə olunub. Xarici bazarlardan 5,46 milyon tamaşaçı cəlb edilib.

 

Proqnozlara əsasən ümumilikdə 6,35 milyon yeni tamaşaçı cəlb olunması gözlənilsə də, real rəqəm bundan artıq olub.

 

Xidmətin ilk rübdə gəliri 3,7 milyard dollar təşkil edib. Bu il şirkət çəkilişlərə 8 milyard dollar xərcləməyə hazırlaşır.

 

Qeyd edək ki, “Netflix”in bazarda HBO, “Amazon”, “Hulu” kimi güclü rəqibləri var.

SİZİN REKLAM BURADA