EUR USD RUB

Yeniliklər

Azərbaycanda bankdan 1,5 milyon oğurlayan moldovalı məhkəmə önündə - KİBERCİNAYƏT

  • 1135 dəfə
  • Tarix 07 May 2018 / 17:31

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Elektron hesablayıcı maşınların (EHM) sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozmaqda və oğurluqda təqsirləndirilən Moldova vətəndaşı Sergey Petroviçinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

 

S. Petroviçi elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

 

 

Prosesdə çıxış edən bankın nümayəndəsi bildirib ki, təqsirləndirilən şəxs tərəfindən ziyanın ödənilməsi ilə bağlı hər hansı hərəkət olmayıb.

 

Proses mayın 14-də davam etdiriləcək.

 

Qeyd edək ki, Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3.000.000 (üç milyon) manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri çərçivəsində Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə aparılan cinayət işi üzrə ifşa edilmiş beynəlxalq kibercinayətkar qrupun üzvü, xarici ölkə vətəndaşı Petroviçi Sergey Aksentiyeviç beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində saxlanılaraq 2017-ci il dekabrın 30-da Azərbaycana ekstradisiya edilib.

 

İttihama görə, o, bankomatlara kart daxil etmədən 2017-ci ilin 12-15 iyul tarixində 1 milyon 464 min 50 manat məbləğində pul çıxarıb. 

SİZİN REKLAM BURADA