EUR 1.9906 USD 1.7 RUB 0.0276

Yeniliklər

Rusiyada Çinin “Kwai” video şəbəkəsinə böyük maraq yaranıb

  • 814 dəfə
  • Tarix 08 May 2018 / 15:22

“App Annie” analitiklərinin məlumatına əsasən, Rusiyada istifadəçilər kütləvi olaraq “Kwai” video şəbəkəsini yükləyirlər. 

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, bu video şəbəkənin intestoru rusiyalı Yuri Milnerin sahibi olduğu “DST Global” fondudur.

 

“App Store” və “Google Play”də Çin video şəbəkəsi artıq Dövlət Xidmətləri Portalı, “WhatsApp” və “VKontakte”ni qabaqlayıb.
 
Mayın 7-nə olan məlumatlara əsasən, “Kwai” ümumi və “Andoid”dəki “Pleyerlər və video redaktorlar” kateqoriyalarında yükləmələrə görə liderdir. Mütəxəssislər hesab edirlər ki, belə bir uğur Rusiyada uzun çəkməyəcək.
 
Çin video şəbəkəsinin yaxın rəqibi qismində “Snapchat”, “Musical.ly” və “Instagram” çıxış edirlər. O, özündə istifadəçilərə filtr, effektlər və stikerlərdən istifadə edərək qısa video çarxlar yaratmağa imkan verən əlavəni əks etdirir. İlk əvvəl onu GİF-fayylar göndərmək üçün yaradıblar və bu səbəbdən 2011-2014-cü illər müddətində şəbəkə “Gifshow” adlanıb. 
 
Qeyd edək ki, “Kwai”nin bütün dünya üzrə 800 milyondan çox istifadəçisi mövcuddur. Onun əsas auditoriyası isə Çindədir.

SİZİN REKLAM BURADA