EUR 1.9906 USD 1.7 RUB 0.0276

Redaktorun seçimi

Ərdoğana reaksiyalar “Twitter”də 1 saylı gündəm oldu - TAMAM

  • 1395 dəfə
  • Tarix 08 May 2018 / 18:50

Bu gün “Twitter”də türkiyəli istifadəçilərin prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə verdikləri reaksiyalar rekord əldə edib.

 

İKT.lent.az-ın xəbərinə görə, prezident R. T. Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında seçkilərdən danışarkən “Bizi İstanbul Böyükşəhər Bələdiyyəsi başqanlığına, AK Parti başqanlığına, baş nazirlik və prezidentliyə millətim gətirdi. Şayəd, bir gün millətimiz tamam deyərsə, o zaman biz kənara çəkilərik” deyə bildirib.

 

Onun bu çıxışından sonra “Twitter”də #TAMAM həştəqi açılıb. Əvvəlcə həştəq Türkiyədə, sonra isə dünya miqyasında TT (Trend Topic) siyahısında birinci olub. Bir neçə yüz min istifadəçi TAMAM sözü ilə paylaşım edib.

 

Kampaniyaya siyasətçilər də qoşulub. Prezidentliyə namizədlər Meral Akşener, Muharrem İncə və Təməl Karamollaoğlu başda olmaqla, çoxlu sayda müxalif siyasətçi, millət vəkili və jurnalist “Twitter”də TAMAM yazıb.

 

Bu xəbər hazırlanarkən TAMAM sözü ilə atılan “tvit”lərin sayı yarım milyonu ötmüşdü.

SİZİN REKLAM BURADA