EUR 1.9906 USD 1.7 RUB 0.0276

Video

"Samsung" pomadalı smartfon buraxdı - VİDEO

  • 1420 dəfə
  • Tarix 10 May 2018 / 14:40

Cənubi Koreyanın "Samsung" şirkəti qırmızı rəngdə "Galaxy S9" smartfonunu satışa çıxarıb.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, bu model istisnasız olaraq qızlar üçün nəzərdə tutulub. Bunu telefon dəstinə daxil olan pomada da göstərir.

 

Pomadalı smartfonların satışına Çində başlanılıb. Buna səbəb "Samsung"un yeni modellərinə olan tələbatın gözləniləndən aşağı olması olub. "Galaxy S9" və "Galaxy S9+" bu ilin birinci rübündə ən çox satılan smartfonlar arasında 5-ci yeri tutub.

 

Qeyd edək ki, bundan əvvəl analoji addımı ABŞ-ın "Apple" korporasiyası atıb. "iPhone 8" smartfonları SPİD-lə mübarizə məqsədilə buraxılıb. "Alma" şirkəti satışdan gələn gəlirin bir qismini xeyriyyə fondlarına bağışlayacağını bəyan edib.

 

 

SİZİN REKLAM BURADA