EUR 1.9906 USD 1.7 RUB 0.0276

Yeniliklər

"Google" yeni funksiyalarını təqdim etdi

  • 745 dəfə
  • Tarix 10 May 2018 / 16:30

"Google" şirkəti ABŞ-ın Kaliforniya ştatının Mauntin-Vyu şəhərində keçirilən "I/O 2018" konfransında yeni funksiyalarını təqdim edib.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, onların arasında "Google Photos"un yeni imkanları da var.

 

Artıq süni intellektin köməyi ilə ağ-qara şəkilləri avtomatik olaraq rəngli şəkillərə çevirmək olacaq.

 

Bundan başqa, "Google" vaxt izləmə rejiminin köməyi ilə istifadəçinin sağlıq durumunu da nəzarətdə saxlayacaq.

 

"Google Lens" proqramı isə sənədlərdəki mətni tanıyacaq, onun üzünü köçürəcək və axtarışını həyata keçirəcək.

 

Başqa yeniliklər isə şəkildəki obyektlərin bölünməsi, sənədlərin təsvirinin tanınması və onların avtomatik PDF fayla konvertasiyası üçün süni intellektdən istifadədir.

SİZİN REKLAM BURADA