EUR 1.9906 USD 1.7 RUB 0.0276

Video

Məşhur alim evtanaziya ilə həyatına son qoydu - 104 YAŞINDA - VİDEO

  • 2220 dəfə
  • Tarix 10 May 2018 / 18:52

"Daha yaşamaq istəmirəm, həyatımı bitirmək şansım olduğu üçün çox xoşbəxtəm". APA TV-nin məlumatına görə, bu sözləri Avstraliyanın 104 yaşlı alimi Devid Quddel deyib. 

O, İsveçrədə evtanaziya vasitəsilə həyatına son qoyub. Ölümündən  qabaq   isə jurnalistləri toplayaraq  bu barədə konfrans keçirib: "Hər bir insanın ölüm seçimi azad olmalıdır. Mən bütün fiziki bacarıqlarımı 1-2 il qabaq itirmişəm, 6 ildir ki, gözlərim görmür.  Həyatıma son qoya bilmək şansım olduğu üçün özümü xoşbəxt hesab edirəm".  

 

Qeyd edək ki,  Avstraliyada evtanaziya ölümcül xəstəlik halı istisna edilməklə, qadağan olunub. Devid  Qudellin ölümü ilə əlaqədar könüllülər İsveçrəyə gedərək alimin evtanaziya etdirməsi üçün 15 min ABŞ dolları toplayıb.

 

Devid Quddel uzun illər ekologiya və botanika sahəsində çalışıb. O, yüzdən çox elmi məqalənin müəllifidir. Həmçinin Avstraliyada evtanaziyanın qanuniləşdirilməsi üçün fəal şəkildə mübarizə aparanlardan olub.

 

 

SİZİN REKLAM BURADA