EUR 1.9906 USD 1.7 RUB 0.0276

Yeniliklər

“Apple” öz kredit kartını buraxacaq

  • 795 dəfə
  • Tarix 11 May 2018 / 11:08

“Apple” korporasiyası “Goldman Sachs” yatırım bankı ilə birlikdə “Apple Pay” brendi altında kredit kartı buraxmağa hazırlaşır.

  

İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, kart 2019-cu ilin əvvəlində dövriyyəyə buraxılacaq.

 

“Apple Pay” hər iki şirkətə öz bizneslərində qarşılaşdıqları çətinlikləri aradan qaldırmaqda kömək edəcək. Tərəfdaşlıq çərçivəsində “Goldman Sachs” “Apple” müştərilərinə kredit təklif edəcək. “Apple” hazırda “iPhone” vasitəsilə hər rəqəmsal ödənişdən 0,15% pay götürür, yeni kartın istifadəyə verilməsindən sonra isə iki dəfə çox gəlir əldə edə bilər.

 

Hazırda kartın parametrləri razılaşdırılır. Hər iki tərəf şərh verməkdən yayınıb.

 

Qeyd edək ki, hazırda “Apple” “Barclays” bankı ilə əməkdaşlıq edir. “Goldman Sachs” bu əməkdaşlıqda “Barclays”ı əvəz edəcək. Ötən il “Apple” “iPhone” vasitəsilə pul köçürmələri funksiyasını sınaqdan keçirib və bu il bəzi ölkələrdə bu funksiya tətbiq olunub.

SİZİN REKLAM BURADA