EUR 1.9906 USD 1.7 RUB 0.0276

Yeniliklər

NASA Marsa kiçik helikopter göndərəcək

  • 1086 dəfə
  • Tarix 12 May 2018 / 09:43

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsi - NASA Marsın araşdırılması çərçivəsində qırmızı planetə 2020-ci ildə kiçik helikopter göndərmək niyyətindədir.

 

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, helikopter başqa planetin atmosferində uçuş imkanlarını sınaqdan keçirəcək.

 

“Mars Helicopter” Yerdəki mütəxəssislər tərəfindən idarə olunacaq. Helikopter adlandırılmasına baxmayaraq, o, əslində ənənəvi helikopterlərdən fərqli olacaq və daha çox kopterə bənzəyəcək. Aparatın çəkisi 1,8 kq, ölçüsü isə beysbol topundan bir az böyük olacaq.

 

“Əsas problemlərdən biri budur ki, Marsın atmosferi çox seyrəkdir. Yerdə helikopterin uçuşu üçün rekord yüksəklik 12200 metr təşkil edir. Mars atmosferinin sıxlığı isə Yer atmosferinin sıxlığının cəmi 1%-i qədərdir. Ona görə də helikopterin təkcə Marsın səthində dayanması belə, Yerdən 30 km hündürlüyün ekvivalenti olacaq”, - deyə layihənin rəhbəri Mimi Anq bildirib. Aparatın havada qala bilməsi üçün onun pərləri dəqiqədə 3 min dəfə dövr etməlidir. Bu isə Yerdəki göstəricidən 10 dəfə sürətlidir.  

 

Plana əsasən cihaz Mars zondu tərəfindən planetin səthinə buraxılacaq. Yerdən komanda gəldikdən sonra o, sınaqlara başlayacaq. Cihaz enerji ilə günəş batareyaları vasitəsilə təchiz ediləcək. Helikopterin hər biri 90 saniyəyə qədər sürəcək azı 5 uçuş həyata keçirməsi nəzərdə tutulub. İlk uçuş zamanı cihaz 3 metr yüksəkliyə qalxıb 30 saniyə orada dayanmalıdır.   


Mars zondunun helikopterlə birlikdə 2021-ci ilin fevralında planetə çatması planlaşdırılıb.

SİZİN REKLAM BURADA