EUR 1.9906 USD 1.7 RUB 0.0276

Yeniliklər

"Apple Watch" 76 yaşlı sahibinin həyatını xilas etdi

  • 747 dəfə
  • Tarix 14 May 2018 / 13:38

ABŞ-ın "Apple" şirkətinin istehsalı olan "ağıllı" saat sahibinin həyatını xilas edib.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, "Apple Watch" təzyiqinin qalxması barədə sahibinə xəbərdarlıqlar göndərib və onu vaxtında həkimə müraciət etməyə məcbur edib.

 

Honkonqun 76 yaşlı sakini Qaston D`Akuinoda həkimlər iki koronar damarın tıxanıqlığını aşkar ediblər. Üçüncü damar isə tutulmaq ərəfəsində olub. Zəruri tibbi müdaxilə nəticəsində onun həyatı qurtarılıb və növbəti gün evinə buraxılıb.

 

Pensiyaçı "Apple" şirkətinin rəhbəri Tim Kuka minnətdarlıq məktubu göndərib və onu "ağıllı" saatların reklamını genişləndirməyə çağırıb.

SİZİN REKLAM BURADA