EUR 1.9906 USD 1.7 RUB 0.0276

Proqramlar

"Instagram"da "like"lar pullu ola bilər

  • 966 dəfə
  • Tarix 14 May 2018 / 16:39

"Instagram" sosial şəbəkəsində "Like" düyməsinin fəaliyyətində problem yaranıb.

 

İKT.lent.az-ın "vistanews.ru"ya istinadən verdiyi xəbərə görə, bunun tərtibatçıların "bəyənmə"lərə limit tətbiqini sınaqdan keçirdiyi ehtimal edilir.

 

Daha dəqiqi, "like"lar pullu ola bilər. Şirkət hələlik bu xəbərləri təsdiqləməsə də, ekspertlər bunu mümkün sayırlar. Yəni sutkalıq "like" limitini keçənlərə əlavə "ürək"lər almaq təklif olunacaq.

 

Bəzi fikirlərə görə, hazırda "Instagram" komandası istifadəçilərin sutkalıq bəyənmələrinin orta göstəricisini çıxarmağa hazırlaşır. Məhz bundan sonra pulsuz "like"ların norması müəyyənləşdiriləcək.

SİZİN REKLAM BURADA