EUR 1.9906 USD 1.7 RUB 0.0276

Yeniliklər

Britaniya sakinləri pornosaytlara buraxılışla daxil olacaq

  • 658 dəfə
  • Tarix 15 May 2018 / 12:45

Böyük Britaniya sakinlərinin pornosaytlara girişi çətinləşib.

 

İKT.lent.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, bundan sonra pornosayt həvəskarları onlara daxil olmaq üçün qəzet köşklərindən buraxılış əldə etməli olacaqlar.

 

Əvvəllər britaniyalılar böyüklər üçün saytlara daxil olmaq üçün yalnız yaşlarını göstərirdilər. Anonimliklə bağlı problemlər ortaya çıxdığından, indi hökumət başqa üsula əl atmaq qərarına gəlib. Bundan sonra pornosaytlara girmək istəyənlər qəzet köşklərindən 10 funt-sterlinqə (təxminən 25 manata) buraxılış alacaq və onun üzərindəki 16 rəqəmli kodu daxil etdikdən sonra sayta daxil ola biləcəklər. Bu zaman istifadəçinin yaşı da anonim qalacaq.

 

Qaydaları pozanları 250 min dollar cərimə gözləyir.

SİZİN REKLAM BURADA