EUR 1.9906 USD 1.7 RUB 0.0276

Yeniliklər

Uşaqlar üçün “ağıllı” saat - 30 DOLLARA

  • 871 dəfə
  • Tarix 15 May 2018 / 15:30

Çinin “Xiaomi” şirkəti uşaqlar üçün hazırladığı “Mi Bunny Children Phone Watch 2C” smart qol saatını təqdim edib.
 
İKT.lent.az-ın “vevby.ru” saytına istinadən verdiyi məlumata görə, cihaz dairəvi formalı PMOLED ekranı ilə təchiz edilib. Ondan telefon aparatı qismində də istifadə etmək mümkündür.

 

Saatın SOS funksiyası və təhlükəsizlik üçün digər funksiyaları mövcuddur. Məsələn, valideynlər bu saatı taxmış uşaqlarının harada olduğunu izləyə və müəyyənləşdirə biləcəklər.

 

Cihaz mavi və açıq narıncı rəngdə hazırlanıb. Qiyməti 30 dollar təşkil edir.

SİZİN REKLAM BURADA