EUR 1.9906 USD 1.7 RUB 0.0276

Yeniliklər

“Alipay” səhv saldı: 2 kökəyə hesabdan 23 min dollar çıxıldı

  • 721 dəfə
  • Tarix 16 May 2018 / 12:01

Çin sakini küçə dükanlarının birində səhvən cəmi iki kökəyə görə iri məbləğdə - 147 min yuan və ya təxminən 23 min dollar pul ödəyib.  

İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, alıcı alışı həyata keçirərkən “Alipay” ödəniş xidmətindən istifadə edib.

 

Məhz həmin an proqramda nasazlıq yaranıb və onun hesabından planlaşdırılandan məbləğdə puldan çox vəsait çıxarılıb. Alıcı dərhal bu səhvi anlamayıb. 

Əvəzində satıcı hesablaşmalardakı səhvi aşkar edib və bu barədə susmamağa qərar verib. Nəticədə satıcının pulları tezliklə geri qaytarılıb. Dükanın satıcısı isə düzgünlüyünə görə 5 min yuan və ya 800 dollar məbləğində mükafat əldə edib. 

SİZİN REKLAM BURADA