EUR 1.9906 USD 1.7 RUB 0.0276

Mobil

Yeni “iPhone” sahibini üzündəki damarlardan tanıyacaq 

  • 605 dəfə
  • Tarix 16 May 2018 / 12:40

“Apple” korporasiyasının mütəxəssisləri maksimal olaraq müdafiə olunan cihazlar bazarında öz liderliyini gücləndirmək niyyətindədir. 

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, yeni “iPhone” modellərində şirkət mobil cihazların praktiki olaraq sındırılması mümkün olmayan sensorlar quraşdırmaq niyyətindədir. 

“Appleinsider” nəşrində məlumat dərc edilib ki, yeni “iPhone” modellərində bir sıra sensorlar olacaq. Onlar üzün unikal cəhətlərini və barmaq izlərini skan etməkdən başqa, istifadəçinin sifətindəki damarların yerləşməsinə də reaksiya verə biləcəklər. Yeni ötürücülər ikili kamera ilə işləyəcək və “iPhone” istifadəçisinin sifətindəki damarların yerləşməsini də yadda saxlayacaq. Bu isə hər bir insan üçün unikal bir cəhətdir.

Bu dəyişikliklər onunla bağlıdır ki, cinayətkarlar iOS-dakı bloklanmanı sındırmaq üçün hər dəfə yeni üsullar aşkar edirlər. Bu təhlükəsizlik sistemini keçmək üçün cinayətkarlar “tər tökməli”, “iPhone” smartfonunun sahibinin sifətinin dəqiq biometrik nüsxəsini yaratmalı və bütün qan damarlarının yerləşməsini təkrarlamalı olacaqlar. 

SİZİN REKLAM BURADA