EUR 1.9906 USD 1.7 RUB 0.0276

Yeniliklər

Elon Maska enerjisi bitməyən "iPhone X" hədiyyə olundu

  • 876 dəfə
  • Tarix 16 May 2018 / 16:35

Rusiyanın "Caviar" brendi istənilən işıq mənbəyindən qidalanan "iPhone X" istehsal edib.

 

İKT.lent.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, unikal qacetin ilk modeli "Tesla" və "SpaseX" şirkətlərinin sahibi Elon Maska göndəriləcək.

 

Doldurulma tələb etməyən smartfonun üzərində "Caviar" mühəndisləri yarım il işləyiblər. Qurğu zərbəyə davamlı örtük və qızıl dekorativ elementlərdən düzəldilən enerjidoldurma indikatoru ilə təchiz edilib.  Telefonu satışa buraxmaq üçün onun üzərində yüzlərlə test aparılıb və bütün sınaqlardan üzüağ çıxıb. Bu, "iPhone X"-in təkmil variantı sayılır.

 

Maska göndərilən üzərində "Made on Earth by Humans" ("Yerdə insanlar tərəfindən yaradılıb") yazılıb.

SİZİN REKLAM BURADA