EUR 1.9906 USD 1.7 RUB 0.0276

Mobil

“Samsung” “Galaxy S10” üçün 4K display hazırlayır

  • 1056 dəfə
  • Tarix 16 May 2018 / 17:24

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti özünün gələcək flaqmanı üçün olduqca aydın görüntüyə malik ekran üzərində çalışır. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, “Galaxy S10” adlanacaq yeni məhsulun hər düym üçün olan piksel sıxlığı 600 PPI-i üstələyəcək.

Hazırkı nəsil “Galaxy S9” və “Galaxy S9+” smartfonlarının genişlənməsi 2960 x 1440 (WQHD+) pikseldir və onlar müvafiq olaraq 570 və 530 PPI sıxlığı dəstəkləyir. Növbəti populyar genişlənmə artıq WQHD-dir ki, o da ya “4K Ultra HD”-dir - onun genişlənməsi 3840 x 2160 pikseldir. Əgər bu genişlənmə “Galaxy S9” smartfonlarında olduğu kimi, 5,2 düym diaqonallı ekranlarda istifadə edilərsə, o zaman sıxlıq səviyyəsi 710 PPI təşkil edəcək. 
 
Bundan əvvəl sızdırılan məlumatlara əsasən, “yubiley” flaqman daxili “Beyond” şifrəsi adı altında keçirilir. 
 
Qeyd edək ki, “Samsung” artıq özünün yeni flaqmanlarını Las-Veqasda keçiriləcək “CES 2019” sərgisində təqdim edə bilər. 

SİZİN REKLAM BURADA