EUR USD RUB

Yeniliklər

“Ağıllı” uşaq bezi körpənin “əməlləri”ndən xəbər verəcək

  • 808 dəfə
  • Tarix 18 May 2018 / 13:01

Daha əvvəl “Google Life Sciences” kimi tanınan şirkət naqilsiz uşaq bezini patentləşdirib. 

İKT.lent.az-ın news.ru saytına istinadən məlumatına görə, bu uşaq bezi nəinki uşağın “əməllərindən” xəbər verəcək, hətta onun böyük və ya kiçik bayıra çıxdığını müəyyən edəcək. 

Cihaza qoşulan potensial tətbiq vasitəsilə bildirişlər göndəriləcək. O isə öz növbəsində uşağın “əməlləri” barədə yazıları kataloqlaşdırıb yaddaşda saxlayacaq. Bu, ilk belə ixtira deyil. Bir çox şirkətlər artıq çoxdan öz uşaq bezlərini sadə nəmlik ölçən ötürücülərlə təchiz ediblər. Ancaq məhz “Google”un məhsulu “hər şey” daxil kateqoriyasına daxil edilib. 

Bunun üçün, ötürücüdən və qidalanma mənbəyindən başqa, “ağıllı” uşaq bezinə temperatura və nəmliyə cavab verə bilən akselerometr və bir cüt ötürücü də təchiz etmək istəyirlər. Birincisi uşaq bezinin nə zaman “dolacağından” xəbər verir. Ötürücülər isə məhz nə baş verdiyini söyləyəcəklər. 

SİZİN REKLAM BURADA