EUR USD RUB

Yeniliklər

"Instagram"da doğuş fotoları daha bloklanmayacaq

  • 1172 dəfə
  • Tarix 18 May 2018 / 17:49

"Instagram" sosial şəbəkəsi doğuş fotolarını porno kimi qiymətləndirməmək qərarına gəlib.

 

İKT.lent.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, yeni doğulmuş körpələrlə anaların və doğuş prosesinin özünün şəkillərini paylaşan avstraliyalı fotoqraf Selena Rollasonun çəkdiklərindən gedir. İlk əvvəllər "Instagram" administrasiyası doğuş fotolarını porno materialları kimi qiymətləndirirdi.

 

Selena Rollason 2011-ci ildən sifarişlə doğuş fotoları çəkir. O, öz işlərindən bəzilərini müasir dövrün tendensiyasına uyğun olaraq "Instagram"a yükləyib. Qadının sinəsi və cinsi orqanları görünən fotolar ilk vaxtlar sosial şəbəkə tərəfindən bloklanıb.

 

İctimai fəalların ciddi dəstəyi ilə Selena doğuş fotolarının seksual xarakterli olmaması barədə kampaniyaya başlayıb və sonda istədiyinə nail olub. Mayın 15-dən "Instagram"da doğuş fotolarının dərc olunmasına icazə verilib.

SİZİN REKLAM BURADA