EUR USD RUB

Yeniliklər

Bu da Rusiyada keçiriləcək dünya çempionatının rəsmi smartfonu...

  • 1313 dəfə
  • Tarix 18 May 2018 / 18:15

Futbol üzrə dünya çempionatının rəsmi tərəfdaşı olan “Vivo” şirkəti Rusiyada keçiriləcək mundiala həsr edilmiş yeni cihazını təqdim edib.

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, “X21 Fifa World Cup Version” telefonunun korpusu bayram formasında bəzədilib və məhdud sayda tirajla çıxarılacaq. 

Cihazın üzərində qarşıdan gələn turnirin rəmzləri həkk olunan arxa paneli ilə seçilir. Telefon iki variantda olacaq – qırmızı və göy rəngli korpuslarda olacaq. Həmçinin X21 telefonu cihazın düz ekranına inteqrasiya edilmiş daktiloskopik sensor ilə təchiz ediləcək. 

Smartfon 2280x1080 piksel genişlənməyə malik 6,28 düym tam həcmli ekrana malik olacaq. Telefon ABŞ-ın “Qualcomm” şirkətinin istehsalı olan “Snapdragon” prosessorunda olacaq, 6 GB daxili və 128 GB əlavə yaddaşa sahib olacaq. 

Aparat 12 və 5 meqapiksel ikili kamera və 12 meqapiksel frontal kamera ilə təchiz ediləcək. Onun batareyası 3200 mA/saat olacaq. Cihaz mayın 22-də satışa çıxarılacaq. Onun qiyməti barədə məlumat verilmir.

SİZİN REKLAM BURADA