EUR 2.0067 USD 1.7 RUB 0.0272

Mobil

Avropada “Huawei Honor” sutka ərzində satılıb qurtardı

  • 1254 dəfə
  • Tarix 19 May 2018 / 10:13

Avropada “Huawei Honor 10” smartfonu satışa çıxarıldıqdan cəmi 1 sutka ərzində bitib.

 

İKT.lent.az-ın “GSM Arena”ya istinadən verdiyi xəbərə görə, cihazın qiyməti 399 avrodur. (470 dollar.)

 

Konkret neçə ədəd smartfonun satıldığı açıqlanmayıb. Ən sürətli satış İtaliyada qeydə alınıb – cəmi 6 saata.

 

“Huawei Honor 10” smartfonu “Kirin 970” prosessoru ilə çalışır, 16 və 24 meqapiksellik ikili kamera, eləcə də 24 meqapiksellik ön kamera ilə təchiz edilib.

 

Smartfon zahirən “iPhone X”a bənzəyir. Ekranın diaqonalı 5,84 ölçülüdür.

SİZİN REKLAM BURADA