EUR 2.0067 USD 1.7 RUB 0.0272

Redaktorun seçimi

“Tramp məndən HPV ilə HİV-in fərqini soruşdu” - BİLL GEYTS

  • 2473 dəfə
  • Tarix 19 May 2018 / 11:52

“Microsoft”un qurucusu Bill Geyts ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi görüşlərin bəzi təfərrüatlarını açıqlayıb.

 

İKT.lent.az-n “The Guardian”a istinadən verdiyi xəbərə görə, B. Gates “Bill & Melinda Gates” fondunda çıxış edərkən D. Trampla söhbəti barədə belə danışıb:  

 

“İlk dəfə 2016-cı ilin dekabrında onunla tanış olduq. Sonra ötən ilin martında Ağ Evdə görüşdük. Hər iki görüşdə məndən peyvəndin zərərli olub-olmadığını soruşdu və peyvəndləri araşdıracaq komissiya quracağını söylədi. Çünki ona deyiblər ki, peyvəndlər zərərlidir. Mən bunun qətiyyən doğru olmadığını, belə bir addımı yanlış olacağını bildirdim”.

 

B. Geyts prezidentin ona viruslar barədə sual ünvanladığını da söyləyib: “Məndən HİV və HPV arasında fərq olub-olmadığını soruşdu. Mən də ona bu iki virusun nadirən səhv salındığını dedim”.  
 

Qeyd edək ki, Human Papilloma Virus (HPV) qadınlarda və kişilərdə rast gəlinən, əsasən cinsi yolla keçən təhlükəli virusdur. Bu virusun 100-ə yaxın növü var.


Human İmmunodeficiency Virus (HIV) ise insanın immun sisteminə hücum edərək AİDS xəstəliyinə səbəb olan virusdur.

SİZİN REKLAM BURADA