EUR 2.0067 USD 1.7 RUB 0.0272

Mobil

Rusiya öz smartfonunu satışa çıxarmağa hazırlaşır

  • 1597 dəfə
  • Tarix 21 May 2018 / 15:02

Rusiyada yerli “Sailfish OS” əməliyyat sistemi ilə çalışacaq smartfonların istehsalı və satışına hazırlıq görülür.

 

İKT.lent.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Rostelekom” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Mixail Oseyevski bildirib. O deyib ki, artıq smartfonlar bir sıra nazirlik və idarələrdə sınaqdan keçirilir və gələn il satışa çıxarılacaq: “Bu, artıq nəzəriyyə deyil, praktikadır. Bu, xüsusiləşmiş qərardır və ölkənin informasiya suverenliyinin təmin olunmasına yönəlib”.

 

Qeyd edək ki, “Sailfish Mobile OS Rus” ilk Rusiya əməliyyat sistemidir. O, “Nokia”nın sabiq əməkdaşları tərəfindən qurulan fin “Jolla” şirkəti tərəfindən işlənib hazırlanan “Salifish” açıq platforması bazasında yaradılıb. Bu əməliyyat sistemi ilə çalışacaq smartfonlar dövlət sektoru və korporativ sahədə çalışanlar, eləcə də adi istehlakçılar üçün məlumatların ötürülməsinin təhlükəsizliyini təmin edəcək. “Rostelekom” bu ilin martında “Açıq Mobil Platforma” MMC və Votron” MMC-nin səhmlərinin 75%-ni alaraq “Sailfish OS” və “Sailfish Mobile OS Rus” əməliyyat sistemi üzərində nəzarət əldə edib.

SİZİN REKLAM BURADA