EUR USD RUB

Redaktorun seçimi

“Amazon” Türkiyədən ayaqqabı alacaq

  • 850 dəfə
  • Tarix 21 May 2018 / 15:39

ABŞ-ın məşhur online ticarət platforması “Amazon” Türkiyədən ayaqqabı almaq istəyir.

 

İKT.lent.az-ın “Bloomberg HT” saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Ayaqqabı Sənayeçiləri Dərnəyinin (TASD) rəhbəri Süleyman Gürsoy deyib.  

 

S. Gürsoy bildirib ki, “Amazon” dərnəklə əlaqə saxlayaraq bu barədə müzakirə aparıb. Nəticədə TASD “Amazon”a Türkiyənin ayaqqabı istehsalı ilə məşğul olan ən yaxşı 40 şirkətinin adını amerikalılara təqdim edib. “Amazon” həmin şirkətlərlə danışıqlara başlayacaq.  

 

S. Gürsoy qeyd edib ki, “Amazon” ABŞ-da üçüncü böyük ayaqqabı satıcısıdır. Onun sözlərinə görə, türk ayaqqabıları dünyanın ən böyük e-ticarət platformalarından biri olan “Amazon” vasitəsilə qlobal bazara çıxacaq. TASD rəhbəri dünya ayaqqabı ticarətinin həcminin 155 milyard dollar olduğunu və Türkiyənin bu bazardan azı 1 milyard dollarlıq pay almağı hədəflədiyini söyləyib.

 

Ötən il Türkiyə 769 milyon dollarlıq ayaqqabı ixrac edib.

SİZİN REKLAM BURADA