EUR USD RUB

Mobil

"Samsung Galaxy S8"in sadə versiyası buraxıldı

  • 1658 dəfə
  • Tarix 21 May 2018 / 18:05

“Samsung” şirkəti ötən il buraxdığı “Galaxy S8”in sadələşdirilmiş versiyası olan “Galaxy S Light Luxury” smartfonunu təqdim edib.

 

İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi xəbərə görə, ekran 5,8 ölçülüdür (2220x1080 piksel) və ana modeldən daha zəif prosessorla “Snapdragon 660” təchiz olunub. (“Galaxy S8”də “Snapdragon 835”dən istifadə olunub.)

 

Operativ yaddaş 4 Gb, daxili yaddaş 64 Gb-dır. Əsas kamera 16 Mp, ön kamera 8 Mp-dir. Cihaz “Android Oreo” əməliyyat sistemi ilə çalışır.

 

Hazırda smartfon üçün ilkin sifarişlər 580 dollardan qəbul olunsa da, bu, yalnız Çin üçün keçərlidir. Cihaz 625 dollardan satışa çıxarılacaq.

SİZİN REKLAM BURADA